Almaniyanın "Welt am Sonntag" qəzetinin yazdığına görə, Almaniya Müdafiə Nazirliyi Çin və Rusiyanın artan hərbi qabiliyyətlərinin Almaniya üçün böyük bir təhlükə yaratdığına dair xəbərdarlıq xarakterli hesabat hazırladı.
Weltin əldə etdiyi sənədlərə görə, Almaniya Müdafiə Nazirliyi NATO-da sabitliyi pozmaq və zəiflətmək hədəfi güdən Rusiya ilə beynəlxalq məsələləri öz maraqlarına uyğun formada həll etməyə çalışan Çinin çox böyük və ciddi hərbi təhdidə çevrildiyinə dair xəbərdarlıq edib.
Sənəddə Müdafiə Nazirliyinin Rusiyanın yüksək dəqiqlikli, qarşısının alınması çətin, hipersəsli uzun mənzilli raketlərin yerləşdirilməsinədən, dənizdə nüvə potensialının qorunmasına və nüvə potensialının modernləşdirilməsinə yönəlik investisiyalarından narahatlıq ifadə olunur.
Hesabatda həmçinin Rusiyanın 6 min 375 nüvə başlığına sahib olduğu və 840 min rus əsgərinin çox yaxşı təlim aldığı vurğulanır. Rusiya Silahlı Qüvvələrinin qısa müddətdə müəyyən bir bölgədəki üstünlüyü ələ keçirmə qabiliyyətinə yiyələndiyi qeyd edilir.