23 Mart 2021
Mətni dəyiş
Tanınmamış Dağlıq Qarabağ Respublikasının Təhlükəsizlik Şurasının katibi Vitali Balasanyan "Baqramyan 26" adlı erməni teleqram-kanalına müsahibəsində deyib ki, Ermənistan Respublikasının vətəndaşları tanınmamış DQR-nin ordusuna daha hərbi xidmətə çağırılmayacaq, ancaq istəyərlərsə könüllü xidmət edə biləcəklər.
Onun sözlərinə görə tanınmamış respublikanın ordusunda struktur dəyişikliklərindən sonra Ermənistan vətəndaşları ancaq Qarabağa gəlib buranın vətəndaşı kimi qeydiyyatdan keçdikdən sonra orduda xidmət göstərə biləcəklər.
Balasanyan həmçinin hal-hazırda Qarabağda hərbi xidmət keçmək üçün Ermənistandan heç kimin əsgər və zabit kimi çağırılmadığını da deyib. O həmçinin Ermənistan ordusu hissələrinin hələ də Qarabağda qaldığını da təsdiqləyib.