Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) açıqladığı illik hesabata görə, həbsxanalarında olan jurnalist sayına görə Türkiyə dünyada liderlik edir.
Türkiyəni həbsdəki 23 jurnalistlə Çin, 20 jurnalistlə Misir, 16 jurnalistlə Eriteriya, 14 jurnalistlə Səudiyyə Ərəbistanı izləyir. Hesabatda dünyada ən azı 229 jurnalistin həbsxanada olduğu qeyd olunub ki, bunun da 67-si Türkiyənin payına düşür.
IFJ-in illik hesabatına görə, ötən il öldürülən jurnalistlər 2019-cu ilədə öldürülən jurnalistlərdən 17 nəfər çox olublar. Cinayətlər 16 fərqli ölkədə baş verib.
Meksika son 5 ildə 4-cü dəfə jurnalist ölümlərinin sayına görə birinci yerdə olur. Hesabata görə, 14 jurnalistin öldürüldüyü Meksikanı 10 cinayətlə Əfqanıstan, 9 cinayətlə Pakistan və 8 cinayətlə Hindistan izləyib.
Suriya və Flippində 4 jurnalist, Nigeriya və Yəməndə isə 3 jurnalist 2020-ci ildə qətlə yetirilib.