Tunis talan edilərək ölkədən qaçırılan pulların geri qaytarılması üçün Birləşmiş Millətlər Təşkilatına (BMT) yeni qanun layihəsi təqdim edib. BMT qanun layihəsini qəbul edib.
Tunis Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, qərar BMT İnsan Haqları Komitəsinin 46-cı sessiyasında üzv ölkələrin böyük əksəriyyətinin səsi ilə qəbul edilib.
Qanun layihəsi BMT-ə Tunis, Liviya və Misir tərəfindən birlikdə təqdim olunub.
Açıqlamada qeyd olunub ki, bu layihə ölkələrdən talan edilərək qaçırılan pulların geri qaytarılmasının iqtisadi və sosial hüquqların təminatındakı vacib əhəməiyyətini göstərmək və xalqların öz sərvətlərini və gələcəyini təyin etmək hüququna sahib olduqları mövzusunda beynəlxalq birliyin həssaslığını artırmaq üçün təqdim edilib.
Bundan əlavə, bu hüquqların insan hüquqları sisteminin ayrılmaz hissəsi və korrupsiyaya qarşı mübarizədə təməl amil olduğu vurğulanıb.
Tunisdə bu mövzu ilə məşğul olan təşkilatlar deyir ki, 2011-ci ildəki məşhur inqilabdan sonra ölkəni tərk edən Zeynel Abidin bin Ali və ailəsi, xaricə təxminən 23 milyard dollar pul qaçırıblar.