Şimali Koreya Malaziya ilə diplomatik münasibətləri kəsdiyini açıqlayıb. Buna səbəb Malaziya hökumətinin ölkədə olan bir Şimali Koreya vətəndaşını Amerikaya deportasiya etməsidir.
Şimali Koreyanın Xarici İşlər Nazirliyindən rəsmi dövlət kanalına verilən açıqlamada qeyd olunub ki, 2019-cu ildə Şimali Koreya vətəndaşı Mun Chol Myong korrupsiya ittihamı ilə Malaziyada saxlanılıb və onun Amerikaya deportasiya edilməsinə dair qərar çıxarılıb.
Açıqlamada bildirilib ki, günahsız bir Şimali Koreya vətəndaşının deportasiya edilməsi ilə bağlı qərar çıxartmaqla, Malaziya bağışlanmaz bir səhv edib: "Şimali Koreya Xalq Demokratik Respublikası ABŞ-ın təzyiqinə tabe olaraq düşmən münasibəti göstərməsinə görə Malayziya ilə diplomatik münasibətləri tamamilə kəsir", - deyə bildirilib.
Açıqlamada o da qeyd olunub ki, bundan sonra iki ölkə arasında baş verəcək hadisələrə görə Malaziya məsuliyyət daşıyacaq.
Malayziya Ali Məhkəməsi 9 martda Şimali Koreya vətəndaşı Myongun çirkli pulların yuyulması iddiası ilə mühakimə olunmaq üçün ABŞ-a göndərilə biləcəyinə dair qərar çıxardıb.