Rusiya Amerika prezidenti Co Baydenin Putinlə bağlı fikirlərindən sonra Amerikadakı səfirini geri çağırıb.
İki ölkə arasında münasibətləri gərginləşdirən açıqlamadan sonra Rusiya Amerikadakı səfiri Anatoly Antonovu məsləhətləşmələr aparmaq üçün Rusiyaya geri çağırıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiyanın Amerikadakı səfiri Anatoly Antonov bundan sonra Amerika ilə münasibətdə nələr etmək və münasibəti necə davam etdirmək yönündə məsləhətlər aparılması üçün geri çağırılıb.
Bayden ABC kanalına müsahibəsində Putinin "qatil" olduğunu və Amerikadakı seçkilərə müdaxilə etdiyinə görə cavab verəcəyini bildirmişdi.
Rusiya ümumilikdə Baydenin iddialarını rədd edib.