Rusiya Xarici İşlər Nazirliyi ABŞ və NATO-nun Qafqazdakı hərbi və siyasi fəaliyyətinin Gürcüstan, Abxaziya və Cənubi Osetiya arasında güc tətbiq edilməməsi barədə razılığın zəruriliyini şərtləndirən amillərdən biri olduğunu bildirib.
Rusiya Xarici İşlər Nazirliyi "Qafqazda təhlükəsizlik və sabitlik" adı ilə baş tutan müzakirələrindən sonra açıqlama verib.
Bəyanatda bu tədbirin ümumilikdə Qafqazda sabit və təhlükəsiz mühitin yaradılmasına əhəmiyyətli töhfə verəcəyi qeyd edilib. Belə bir razılaşmanın imzalanmasının ABŞ və NATO-nun Qafqazdakı hərbi və siyasi fəallığının artması ilə əlaqəli olduğu vurğulanıb.
Cenevrədə 25-26 mart tarixlərində Avropa Birliyi, Birləşmiş Millətlər Təşkilatı və Avropa Təhlükəsizlik Əməkdaşlıq Təşkilatının həmsədrliyi altında Gürcüstan, Abxaziya, Cənubi Osetiya, Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə Qafqazda təhlükəsizlik və sabitlik üçün Beynəlxalq Danışıqların 52-ci görüşü keçirilib.