Rusiya Müdafiə Nazirliyi Qara dənizə girən ABŞ-a aid USS Monterey uzaqdan idarə olunan raket daşıyıcısı olan gəminin Rusiya donanması tərəfindən yaxından izləndiyini bildirib.
Məlumatı Rusiya Müdafiə Nazirliyinə aid Milli Müdafiə İdarəetmə Mərkəzi yayıb: "Rusiya Dəniz Donanması 19 mart 2021-ci ildə Qara dəniz sularına daxil olan ABŞ Donanmasının USS Monterey kreyserini yaxından izləyir", - deyə açıqlamada qeyd olunub.
ABŞ-a məxsus USS Donald Cook gəmisinin Qara dənizə çatıb fəaliyyətə başlamasından bəri Rusiyanın Qara Dənizdə Amerikanı narahat edən hərəkətləri ard-arda gəlir.
Gəmi yanvarın 25-də Qara dənizə girdikdən sonra Rusiya Hava Qüvvələrinə məxsus SU-30 və SU-24 döyüş təyyarələri ABŞ-a məxsus gəminin hər hərəkətini yaxından izləyiblər.
Rusiyanın növbəti həmləsi isə Kırım sahillərinə raket sistemləri yerləşdirmək olub.
Qara Dənizdə Amerika gəmisinin olmasından narahatlıq keçirən Rusiya növbəti addımı da atıb.
ABŞ-a məxsus USS Donald Cook gəmisindən çəkilən görüntülərdən aydın olur ki, Rusiyaya məxsus SU-24 döyüş təyyarəsi gəmiyə çox yaxın məsafədən uçuş həyata keçirir.
Rusiya Hava Qüvvələrinə məxsus təyyarə gəmiyə yaxınlaşdıqca alçaqdan uçur və sürətlə yanından keçir.
NATO-nun Baş katibi Yens Stoltenberq ittifaqın qara dənizdəki varlığının Rusiyanın hərəkətlərinə cavab olaraq gücləndirildiyini bildirib.