3 Mart 2021
Mətni dəyiş
Ermənistanın baş naziri Nikol Paşinyan ikinci dəfə Baş Qərargah rəisini işindən azad etmək üçün fərman imzalayıb.
Ermənistan prezidenti Armen Sarkisyan isə Onik Qasparyanın istefası ilə bağlı baş nazir Nikol Paşinyanın fərmanını ikinci dəfə imzalamaqdan imtina edib. Bu barədə dövlət başçısının mətbuat xidmətinin məlumatında deyilir.
Ermənistan qanunvericiliyinə uyğun olaraq, indi Paşinyanın fərmanı avtomatik olaraq qüvvəyə minəcək.
Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir ki, Sarkisyan bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlib.