Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə növbədənkənar seçkilərin keçirilməsi üçün aprel ayında istefa verəcəyini bildirib. Paşinyan bu barədə Ermənistanın Armavir vilayətində yerli sakinlərlə görüşü zamanı danışıb.
O bildirib ki, apreldə istefa verəcək, ancaq bu hakimiyyətdən getmək deyil, sadecə erkən parlament seçkiləri üçündür. Paşinyan istefasından 20 iyun seçiklərinə qədər müvəqqəti olaraq Baş nazir vəzifəsini icra edəcək.
Martın 18-də Nikol Paşinyan iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bildirmişdi.
Ermənistan konstitusiyasına əsasən, baş nazir apreldə istefaya getməlidir. Yəni Nikol Paşinyan müxalifətin tələbi ilə deyil, konstitusiya tələblərinə uyğun olaraq istefaya gedəcək.