NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, Avropa ölkələrinin təhlükəsizliyini Türkiyə kimi Avropa Birliyi üzvü olmayan ölkələr təmin edir.
Avropa Birliyi ölkələrinin çoxunun NATO üzvü olduğunu qeyd edən baş katib deyib ki, AB əhalisinin 90%-i NATO ölkələrində yaşayır. Stoltenberq əlavə edib ki, NATO Avropa Birliyinin müdafiə xərclərini artırmaq səylərindən məmnundur.
Baş katib onu da qeyd edib ki, Avropa Birliyi əhalisinin 90%-inin NATO ölkələrində olmasına baxmayaraq, müdafiə xərclərinin yalnız 20%-i bu ölkələrdən gəlir.
NATO baş katibi ABŞ, Kanada və İngiltərənin Avropanı şimaldan Rusiyaya qarşı qoruduğunu, ancaq heç birinin də Avropa Birliyi üzvü olmadığını bildirib. Cənub-Şərqdə isə Suriya və İraqla həmsərhəd olan və yenə Avropa Birliyi üzvü olmayan Türkiyənin NATO-nun müdafiəsində əhəmiyyətli rolundan danışan Stoltenberq əlavə edib ki, Türkiyə İŞİD-lə mübarizədə son dərəcə əhəmiyyətli bir ölkədir.