NATO-nun baş katibi Yens Stoltenberq son illərdə Rusiyanın daxili və xarici siyasətdə təcavükar xətt tutduğunu bildirib.
O, bu sözləri sabah başlayacaq iki günlük NATO Xarici İşlər nazirləri toplantısından əvvəl jurnalistlərin suallarını cavablandrarkən deyib.
Stoltenberq bildirib ki, Rusiyanın atdığı addımlardan Rusiya prezidenti Vladimir Putin cavabdehdir: "Təcavüzkar bir münasibət nümunəsi görürük. Buna müxalifətçilərin öldürülməsi və qətl cəhdləri də daxildir", - deyə o, bildirib.
Stoltenberq deyib ki, bunlar qəbul edilə bilən davranış nümunələri deyil.
"Biz möhkəm və güclü olmağa davam edəcəyik. Eyni zamanda çəkindirmə, müdafiə və dialoqu da əhatə edən ikitərəfli siyasi yol tutacağıq", - deyə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.