Meksikada son 6 ayda 66 siyasətşi mütəşəkkil cinayətkar qruplar tərəfindən öldürülüb. Ölkə mətbuatının yaydığı məlumatlara görə, iyun ayında keçiriləcək seçkilərdən əvvəl bu məsələ ilə əlaqədar sənədlər yayılıb. Son vaxtlar bələdiyyə sədrlərinə, millət vəkillərinə və 3 ay sonra keçirilməsi planlaşdırılan federal seçkilərin namizədlərinə yönəlik təhdidlərin artdığı qeyd olunan hesabatda siyasətçilər üçün həyati təhlükənin yüksək olduğu vurğulanır. Hesabatda ölkənin əsas şəhərləri olan Chihuahua, Veracruz və Cancunun siyasətçilər üçün ən təhlükəli yerlər olduğu qeyd olunub. Rəsmi məlumatlara görə, 2006-2020-ci illər arasında Meksikada 192 bələdiyyə sədri qətlə yetrilib.