Ermənistanın Baş naziri Nikol Paşinyanın Baş Qərargah rəisi Onik Qasparyanı vəzifədən azad etməsindən sonra Qasparyan məhkəməyə müraciət edib.
Məhkəmə Onik Qasparyanın Ali Məhkəmənin qərarına kimi vəzifəsində qalması ilə bağlı qərar verib.
Paşinyan Baş Qərargah rəisinin və yüksək rütbəli zabitlərin ondan istefa verməsini tələb etməsindən sonra bunu dövlət çevrilişinə cəhd adlandıraraq Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etmişdi.
Prezident qərarı təsdiqləməsə də Paşinyanın israrlı əqrarından sonra ötən həftə Ermənistan hökuməti artıq qərarın qəbul olunduğunu və Qasparyanın vəzifədən uzaqlaşdırıldığını yazmışdı.
Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistanda daxili-siyasi gərginlik artıb. Siyasi şərhçilər ölkədəki böhranın hələ bir müddət davam edəcəyini proqnozlaşdırırlar.