Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan bildirib ki, Baş nazir Nikol Paşinyana toxunulmazlığı ilə bağlı təminat verilməlidir və o dərhal istefa verməlidir. Petrosyan bildirib ki, bundan sonra Paşinyan bir müddətlik xaricə sürgün edilməlidir.
Petrosyan məqaləsində bildirib ki, Ermənistanda hazırda tək çıxış yolu budur.
Ter-Petrosyan bu vəziyyətdə baş nazir vəzifəsi heç bir partiyanın üzvü olmayan və qərəzsiz davranışları ilə ədalətli seçkilərə təminat yaradan Baş nazirin müavininə verilmılidir.
"Cəmiyyət düşünür ki, növbədənkənar seçkiləri hökumət təşkil etsə, öz qələbəsi üçün inzibati resurslardan da istifadə etməkdən çəkinməyəcək. Mən də belə düşünürəm və belə olsa, bütün seçki mənətəqələrində gərginliklər yaşanacaq. Bu halda da erməni xalqı ölkə tarixində ən bədnam seçkilərin şahidi olacaq", - deyə Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan bildirib.