Kreml Baydenin dəvəti ilə bağlı Putinin hələ cavab vermək istəmədiyini bildirib

Kreml Baydenin dəvəti ilə bağlı Putinin hələ cavab vermək istəmədiyini bildirib
30 Mart 2021
Mətni dəyiş

Amerika prezidenti Co Bayden 23-24 apreldə keçriləcək "İqlim Zirvəsinə" Rusiya prezidenti Vladimir Putini də dəvət edib.

Putinin dəvəti ilə bağlı məlumatı Kreml yayıb.

Kremldən verilən açıqlamaya görə, Putin dəvəti qəbul etməyə tələsmir: "Putinin qərar vermədən öncə düşünməyə ehtiyacı var", - deyə bildirilib.

ABŞ prezidenti Co Bayden Zirvədə iştirak etmək üçün Putinlə yanaşı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Çin Xalq Respublikasının prezidenti Şi Cinpinq də daxil olmaqla 40 ölkə liderinə dəvət göndərib.

22-23 apreldə ABŞ-da keçiriləcək zirvə görüşü canlı yayımlanacaq.

Liderlər tədbirdə dünyada yaşanan qlobal iqlim dəyişiklikləri bağlı fikirlərini bildirəcək, təkliflərini səsləndirəcəklər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun