Kosovada bu ilin 14 fevralında keçirilən növbədənkənar seçkilərin rəsmi nəticələri açıqlanıb. Elan edilən nəticələrə görə, VV səslərin 49.95%-ni, PDK 16.9%-ni, LDK 12.64%-ni və AAK 7.07%-ni qazana bilib. Kosova Mərkəzi Seçki Komissiyası sədri Valdete Daka keçirdiyi mətbuat konfransında seçkilərdə ən çox səsi "Özün Qərar Ver" hərəkatının aldığını bildirib. Açıqlanan nəticələrə görə, Kosova Demokratik Partiyası (PDK) ikinci, Kosovo Demokratik Birliyi (LDK) üçüncü, Kosovonun Gələcəyi Uğrunda İttifaq (AAK) dördüncü yeri qazanıb. Serbiya Siyahısının 5,06% səs aldığı seçkidə ölkədəki Türk partiyaları arasındakı Kosovo Demokratik Türk Partiyası (KDTP) 0,74% səs, Yenilikçi Türk Hərəkatı Partiyası (YTH) isə 0,14% səs alıb. 20-si müxtəlif azlıqların təmsilçisi olan 120 yerlik Kosova parlamentində yerlər belə bölünüb: ""VV 58, PDK 19, LDK 15, Serbiya Siyahısı 10, AAK 8, KDTP 2, Roma Təşəbbüsü 2, Birləşmiş Cəmiyyət 1, Vakat Koalisiyası 1, Kosovanın Yeni Demokratik Təşəbbüsü 1, Yeni Demokrat Partiyası 1, Birləşmiş Goran Partiyası 1 və Aşkali İnteqrasiyası Partiyası 1 yer"
Bu arada, hələ də prezident vəzifəsini icra edən və VV siyahısında namizəd olan Vyosa Osmani seçkilərdə ən çox səs alan siyasətçi olub. O, təxminən 300 mindən çox səs alıb.
Açıqlamaya görə, qeydə alınan 1 milyon 851 min 927 seçicidən 814 min 122-si səsvermədə iştirak edib, seçkilərdə iştirak faizi 48,78% olub.