12 Mart 2021
Mətni dəyiş
Jurnalist Əfqan Muxtarlı Gürcüstana buraxılmaması ilə əlaqədar Avropa İnsan Haqqları məhkəməsinə şikayət edib. O bu haqda öz facebook hesabında yazıb.
Əfqan Muxtarlı hesab edir ki, gürcü höküməti məqsədli şəkildə onun Tbilisiyə gəlişinə və 2017-ci ildə onun oğurlanaraq Azərbaycana verilməsini araşdırmasına mane olur. Almaniyada siyasi sığınacaq almış jurnlaist bir ildən çoxdur ki, Gürcstan prokurorluğuna gedib onun oğurlanıb aparıldığı marşrutu araşdırmağa çalışır.
Əfqan Muxtarlı 2020-ci ildə də Berlin-Tbilisi aviareysinə buraxılmamasını xatırlayır. Onda jurnalistə koronavirus pandemiyası qaydalarını bəhanə gətirərək Tbilisyə getmək qadağa qoyulub.
"Keçən dəfə Gürcüstan parlamentinin sədri Arçil Talkvadze jurnalistlərə deyib ki mənim seçkiöncəsi dövrdə Gürcüstana gəlişim siyasi qarışıqlıq yarada bilər. Bu cəfəngiyyatdır! Seçkilər qurtarıb, görək indi nə bəhanə edirlər. Əgər gürcü höküməti mənim oğurlanmamda iştirak etməmişdisə onda mənim Tbilisyə gəlib oğurlanmamla bağlı araşdırmalarda iştirakıma izn verərdilər" - deyə Əfqan Muxtarlı yazıb.
Xatırladaq ki, araşdırmaçı jurnalist Əfqan Muxtarlı 2017-ci ilin 29 mayında Tbilisinin mərkəzində öz evindən çıxıb, ancaq geriyə qayıtmayıb. Onun arvadı Leyla Mustafayeva ərinin oğurlanıb Bakıya aparıldığını və bu işdə Azərbaycan və Gürcüstan güc strukturlarının iştirak etdiyini bildirib.