İsrailin “Meteor Aerospace” hərbi sənaye şirkəti Azərbaycanda Caspian Ship Building Company (Bakı Gəmiqayırma Şirkəti) ilə birgə müəssisə yaradıb. Bu barədə “İsrael Defense” jurnalı məlumat yayılıb. Məqsəd Avrasiya ölkələrinin milli ehtiyaclarını təmin etmək üçün müdafiə sahəsində qabaqcıl həllər təklif etməkdir.
Məlumatda deyilir ki, hər iki şirkət Azərbaycanın müdafiə sahəsinin və sənayesinin ehtiyacları üçün geniş spektrdə həllər təklif etmək üçün yaxşı imkanlara və unikal üstünlüklərə malikdir. “Meteor Aerospace” bildirir ki, bu əməkdaşlığın həyata keçirilməsi üçün Azərbaycanda “Caspian Meteor” adlı yeni birgə müəssisə yaradılıb. (https://www.caspianmeteor.com/)
“Bakı Gəmiqayırma Zavodu” MMC artıq İsrail şirkətləri ilə birlikdə hərbi gəmilərin inşaatını həyata keçirir.
“Meteor Aerospace” şirkəti isə hərbi sahədə geniş spekrdə müdafiə sistemləri işləyib hazırlayır. Bura maksimal yükgötürmə qabiliyyəti 1400, faydalı yük götürmə qabiliyyəti 700 kiloqram olan böyük pilotsuz uçan aparatlar, sürəti saatda 60 uzla çatan sürətli, pilotlu və pilotsuz gəmilər, pilotsuz yerüstü avtomobillər, yüksək dəqiqlikli, böyük radiusa malik, böyük məsafələrdən ağır zərbələr endirmək imkanları olan raketlər daxildir.