İsrail mətbuatı yazır ki, Türkiyə ikitərəfli danışıqların fonunda İsrailə səfir təyin etməyə hazırdır.
İsrailin "Hayom" nəşrinin bir türk vəzifəliyə istinadən yaydığı məlumatlara görə, Türkiyə hər hansı bir xüsusi öhdəliklərin olmayacağı təqdirdə, İsrailə səfir təyin etməyə hazırdır.
İsrail Xarici İşlər Nazirliyi bu iddiaları şərh etməsə də, Baş nazir Benyamin Netanyahunun Türkiyə ilə görüşmələrinə və bunun yaxşı bir irəlləyiş olmasına dair fikirlərini xatırladıb.
Ötən ilin dekabr ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə İsraillə əlaqələrini yaxşılaşdırmaq istəyir. İki ölkə arasında kəşfiyyat əməkdaşlığı hələ də davam edir.
Məqalədə iki keçmiş müttəfiq arasındakı əsas problem kimi HƏMAS-ın yüksək vəzifəli şəxslərinin Türkiyədə olması göstərilib.