İraqda Amerika əsgərlərinin olduğu Ayn əl-əsad hərbi bazası raket hücumu həyata keçirilib. Hücumda hərbi bazaya 10 raket atılıb. Hücum Roma Papası Fransiskin ölkəyə səfərindən iki gün öncəyə təsadüf edib.
İraqın Anbar vilayətindəki Ayn əl-əsad hərbi bazasında İraq əsgərləri ilə birlikdə İŞİD-ə qarşı koalisiyada iştirak edən Amerika əsgərləri də olub.
Baş verən hücumda bir hərbiçinin həlak olduğu bildirilib. İlkin məlumatlara görə, atılan roket İran istehsalı 122 mm topçu roketi olub.
Amerika prezidenti Co Bayden baş verən hücumla bağlı açıqlama verib. Prezident deyib ki, hazırda günahkarları müəyyən etmək üçün çalışırıq.
Co Bayden bu hücuma cavab veriləcəyini bildirib.