İsrailin "Kanal 12" televizya kanalı İranın Oman körfəzində İsrailin bir şirkətinə aid karqo gəmisini raketlə vurduğunu iddia edib.
Ancaq kanal bunun nə vaxt baş verdiyini bildirməyib. "XT Management" şirkətinin sahibi Udi Angel artıq baş verənlərdən xəbərdar olduğunu açıqlayıb.
Məlumata görə yük gəmisi Tanzaniyadan Hindistana gedən zaman Oman körfəzində hücuma məruz qalıb. Mənbəsi qeyd olunmayan xəbərdə gəminin sıradan çıxdığı, ancaq insan itkisinin olmadığı bildirilib.
Xəbərlərdə qeyd olunub ki, gəmi öz istiqamətində hərəkətini davam etdirir və dəyən zərər Hindistana çatdıqda qiymətləndiriləcək. İsrail rəsmiləri bu xəbərlə əlaqədar hələ bir açıqlama verməyiblər.