3 Mart 2021
Mətni dəyiş
Martın 2-də Şəki Apellyasiya Məhkəməsi bloger jurnalist və fəallar Elçin Həsənzadə və İbrahim Türksoyu böhtan və təhqir ittihamı ilə 8 ay müddətinə azadlıqdan məhrum edib. Hər ikisi məhkəmə zalında həbs olunub. Xüsusi cinayət ittihamı qaydasında iddianı şəhər Mənzil-İstismar İdarəsinin rəisi Şəhriyar Mustafayev qaldırıb.
O, E.Həsənzadənin CM-in 147.1. (böhtan) və 148-ci (təhqir) maddələrilə cəlb edilməsini istəyib.
İddiaya səbəb sosial şəbəkələrdə məmur haqqında tənqidi yazılardır. Bundan öncə Ş.Mustafayev Mingəçevir şəhər rəhbərliyini tənqid etdiyinə görə jurnalisti kirayə mənzilindən çıxartdırıb.
Əvvəllər Mingəçevir məhkəməsi onların hər ikisinin barəsində bir il islah işləri ilə bağlı hökm çıxarıb. Jurnalistlər hökmdən şikayət ediblər, lakin Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb, sadəcə, müddəti azaldıb.
E.Həsənzadə hüquq-müdafiə fəaliyyətilə də məşğul olub, əvvəllər Sumqayıtda nəşr olunan "Yüksəliş naminə" qəzetinin redaktor müavini olub.