22 Mart 2021
Mətni dəyiş
Martın 20-də gecə saat 2 radələrində Suraxanı qəsəbəsində dəmiryol stansiyasının yaxınlığında qanunsuz olaraq obyekt tikintisi aparılması zamanı çəkiliş aparan ictimai fəal Fuad İsmayılov polis tərəfindən saxlanılıb.
Onun sözlərinə görə, polis onu Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə aparıb. Polis fəalın İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə cəzalandırlmasını məhkəmədən xahiş edib. O polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaqda ittiham olunub.
Vəkil Elçin Sadıqov bildirirb ki, Suraxanı rayon Məhkəməsi fəalın əməlində 535.1-ci maddənin tərkib hissəs olmadığında inzibati xəta üzrə icraata xitam verib. Fuad İsmayılov məhkəmə zalında sərbəst buraxılıb.
Fuad İsmayılov bundan öncə də bir neçə dəfə inizbati həbsə məhkum edilib.