12 Mart 2021
Mətni dəyiş
Huawei dünyada 5G-ni dəstəkləyən istehsalçı şirkətlər arasında ilk yerə çıxıb. Bu haqda Finbold agentliyi xəbər yayıb.
2020-ci ilin dördüncü rübünün satış məlumatlarını araşdırarkən Huawei şirkətinin 5G-ni dəstəkləyən şirkətlərin siyahısında ilk yerə çıxdığı görünür. Şirkət bütün dünyada satılan 5G cihazlarının 26,9 faizini satıb. İkinci yerdə 25,1 faizlə Samsunq, üçüncü yerdə isə Apple şirkəti dayanır. Siyahıda daha aşağı yerlərdə isə Çinə məxsus Vivo və Honor şirkətləri durur. Onların bazar payı 11,8 və 6,9 faizdir.
Həmçinin Samusunq şirkətinin Huawei şirkəti ilə ciddi rəqabət apardığı da xəbərdə qeyd edilir. Belə ki, 2020-ci ilin ilk 3 rübündə Samsunqun istesal edib satdığı 5G cihazların bazar payı 44,9 fazi olsa da keçən ilin 4-cü rübündə bu rəqəm kəskin aşağı enib və 25,1 faizə düşüb. Bununla belə Huawei-nin bazar payı isə əksinə 8,6 faizdən 26,9 faizə yüksəlib.