29 Mart 2021
Mətni dəyiş
Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu gün səhər Avropa Birliyinin prezidentinin xüsusi təmsilçiis Kristian Danielsonla görüşdə hökümətin müxalifətlə konstruktiv siyasi dialoqa hazır olduğunu açıqlayıb.
Avropa diplomatı artıq ikinci dəfədir ki, Gürcüstana gəlir ki, hökümətlə müxalifətin danışıqlarını təşkil etsin və beləcə ölkə siyasi böhrandan çıxa bilsin.
"Biz razılıq əldə etmək üçün konstruktiv dialoqun davam etdirilməsinə maraqlıyıq. Biz tərəfləin nəticəyə aparan konkret addımlar atmasına diqqət verəcəyik" - deyə İrakli Qaribaşvili Danielsonla görüşdə deyib.
Hökümət başçısı həmçinin qeyd edib ki, onun kabineti Avropa Birliyinin ölkədə siyasi prosseslərin normallaşdırılması uğrunda vasitəçiliyini yüksək qiymətləndirir.