İsraildə keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinə görə Baş nazir Benyamin Netanyahu liderlik etdiyi "Likud" partiyası bütün rəqiblərini üstələyir.
Parlament seçkiləri İsraildə son 2 ildə 4-cü dəfədir keçirilir.
İlkin nəticələrə görə, "Likud" keçirilmiş seçkilərdə qalib gəlib və 120 yerdən 31-ni əldə edə bilər.
"Channel 12 News"-in məlumatına görə, "Likud" 31 yer qazanıb və parlamentin ən böyük partiyası olub. Lapid Yesh Atid Partiyası 18, Chaas və Birləşmiş Ərəb Siyahısı Partiyaları 9, Yamina Partiyası 8, Yisrael Beyteinu, Göy-Ağlar, Dini Sionizm və İşçi Partiyası 7, Birləşmiş Tövrat Yəhudilik, Yeni Ümid və Meretz Partiyaları isə 6 yer alıb.
İsrailin baş naziri Benyamin Netanyahu ölkədə martın 23-də keçirilmiş parlament seçkilərində rəhbəri olduğu partiyaya dəstəyə görə israilliləri təşəkkür edib.