Rusiya mətbuatında yer alan məlumatlara görə, Ermənistan 16-20 mart tarixləri arasında Dağlıq Qarabağda 7 min 500 əsgərlə təlim keçirəcək.
Bu barədə məlumatı Türkiyənin "Milliyət" nəşri yayıb.
44 günlük Qarabağ müharibəsini bitirən 10 noyabr bəyanatından sonra Ermənistan ilk dəfə Dağlıq Qarabağ ərazisində böyük təlim keçirmək fikrinə düşüb.
Məlumatlara görə, ordu birliklərinin müharibəyə hazırlıq səviyyəsini yoxlayacaq təlimlərdə 7500 əsgər iştirak edəcək.
Bu günlərdə Ermənistan ordusunun Baş Qərargah rəisi də daxil olmaqla yüksək rütbə daşıyan hərbiçiləri Paşinyanı istefaya çağırmışdı. Bundan sonra Paşinyan Baş Qərargah rəisini vəzifədən azad etsə də, prezidentdən təsdiq ala billməmişdi. Ancaq sonradan bu qərarın icrası baş tutmuşdu.