Ermənistan Silahlı Qüvvələrinin Paşinyanın istefasını tələb etməsindən sonra ölkədə yaranan gərginlik hələ də davam edir. Reutersun yaydığı məlumata görə, bəzi erməni etirazçılar Paşinyanın istefası tələbi ilə paytaxt Yerevandakı hökumət binalarından birinə zorla daxil olublar.
Buna kimi Baş nazir Paşinyan da öz dəstəkçilərini 1 martda kütləvi aksiyalar keçirərək hökumətə dəstək verməyə çağırıb. Hazırda Yeravanda və Ermənistanın bəzi bölgələrində kütləvi askiyalar keçirilir.
Ermənistanın Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat yayaraq Paşinyanı istefaya çağırıb. Paşinyan isə bunu çevriliş cəhdi kimi dəyərləndirərək, tərəfdarlarını meydana çağırıb. Bundan sonra isə Baş Qərargah rəsini vəzifədən uzaqlaşdırıb, ancaq Ermənistanın prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanın ordunun Baş Qərargah rəisini işdən çıxartmaq tələbini rədd edib.
Ermənistanda Qarabağ müharibəsindən sonra, daxili gərginlik artıb.