22 Mart 2021
Mətni dəyiş
Ermənistanın baş naziri Nikol Paşinyan Artak Davtyanı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edib və bunun qanunvericiləy, konstitusiyaya tam uyğun olduğunu bəyan edib.
Bəyanatda deyilir ki, "Ermənistan Respublikası Konstitusiyasının və "Hərbi xidmət və hərbi qulluqçunun statusu haqda" məcəllənin" tələblərinə uyğun olaraq martın 10-u 2021-ci ildə Ermənistan prezidentinə Artaq Davtyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilməsi haqda fərmanımı təqdim etmişəm".
Ancaq martın 11-də prezident Armen Sarkisyan baş nazirin yuxarıda adı çəkilən fərmanını etirazını bildirib. Baş nazir administrasiyası isə prezidentin etirazını qəbul etməyərək elə həmin gün prezidentə fərmanı əsaslandıran məktub yollayıb.
Prezident Armen Sarkisyanın müraciət etdiyi Administrativ məhkəmə isə yeni Baş Qərargah Rəisinin təyinatına qadağa qoyub. Bu halda deməli əvvəlki Baş Qərargah rəisi Onnik Qasparyan hələ də öz vəzifəsində qalır. Baş nazirin aparatı isə hələ də Qasparyanın vəzifəsindən azad edilməsi üçün təkid edir.
Ölkədə yaranan siyasi qarışıqlıq isə etiraz aksiyaları ilə müşayət olunur. Nikol Paşinyanın 10 noyabr 2020-ci ildə 44 günlük müharibədən sonra Azərbaycan və Rusiya ilə bağladığı atəşkəs bəyanatından sonra onun istefası tələbi ilə müxalifətin ardı-arası kəsilməyən etirazları başlanıb.