Ermənistanın prezidenti Armen Sarkisyanın vəziyyəti pisləşib və o xəstəxanaya yerləşdirilib. Yayılan ilkin məlumatlara görə prezident koronavirusa (COVID-19) yoluxub.
İlk açıqlamada 67 yaşlı prezidentin ürək probleminə görə müalicə aldığı bildirilmişdi, ancaq Rusiya mediasnın yaydığı məlumatlara görə, prezidentdə koronavirus əlamətləri müşahidə olunub.
Bundan əvvəl yanvar ayında da Ermənistan prezidenti Armen Sarkisyanın yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxduğu bildirilmişdi.
Prezident bir müddət özünütəcrid rejimində qalmışdı.
“Koronavirusun yeni növünə yoluxan və evdə müalicə alan prezident Armen Sarkisyan xəstəxanaya yerləşdirilib. Prezident Sarkisyanın yüksək hərarət və ikitərəfli pnevmoniya da daxil olmaqla, xəstəliyə xas simptomları var”, - deyə Ermənistanın Prezident Aparatının mətbuat xidməti bildirmişdi.