Ermənistanın Xarici İşlər naziri Ara Avazyan bildirib ki, 44 günlük Qarabağ müharibəsi Ermənistan-Rusiya strateji ittifaqının səyləri nəticəsində dayandırılıb.
Ermənistan parlamentinin Xarici Əlaqələr Komissiyasında danıışan Avazyan bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri bu mövzuda uğursuz olublar.
Avazyan ABŞ və Fransanın uğursuz olduğunu və reallığı qəbul etmək lazım olduğunu bildirib: "Qarabağ müharibəsi Rusiyanın səyləri nəticəsində sona çatdı. Ola bilər kiminsə xoşuna gəlməsin, amma bu reallıqdır. Rusiya müharibəni dayandırmasa daha pis vəziyyətlə qarşı-qarşıya olacaqdıq", - deyə o, vurğulayıb.
XİN başçısı onu da əlavə edib ki, bütün bunlara baxmayaraq Ermənistanın xarici siyasəti Rusiyadan asılı deyil.