Cəmiyyət

Diplomatik korpus nümayəndələrinin Füzuli, Qubadlı və Laçına səfəri başlayıb

1 dəqiqə
Diplomatik korpus nümayəndələrinin Füzuli, Qubadlı və Laçına səfəri başlayıb

“Prezident İlham Əliyevin göstərişi ilə diplomatik korpusların nümayəndələrini Azərbaycanın azad edilmiş Füzuli, Qubadlı və Laçın rayonlarını ziyarət etmək üçün aparırıq”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

“Səfirlərə, beynəlxalq təşkilat rəhbərlərinə və hərbi attaşelərə bu səfərdə bizə qoşulduqlarına görə minnətdarıq”, - H.Hacıyev qeyd edib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun