Amerikanın yeni prezidenti Co Bayden Rusiya prezidenti Putinin qatil olduğunu və Amerikadakı seçkilərə müdaxilə etdiyi üçün cavab verəcəyini bildirib.
O bildirib ki, Amerikanın kəşfiyyat orqanları Rusiyanın 2020-ci ildə baş tutuan prezident seçkilərinə müdaxilə etməsinə dair əsaslı hesabat təqdim ediblər.
Bayden bu fikirləri "ABC News"-ə müsahibəsində deyib. Bayden bildirib ki, yanvar ayının sonlarında Putinlə telefon danışığı zamanı ona seçkilərlə bağlı xəbərdarlıq edib. O Putinə "Mən səni tanıyıram, sən də məni tanıyırsan. Ona görə də seçkilərə müdaxilə ilə bağlı məlumatlar təsdiqlənsə, hazırlıqlı ol", - deyə xəbərdarlıq etdiyini bildirib.
Jurnalistin "Putini tanıyıram deyirsiniz, onun qatil olduğunumu düşünürsünüz?" sualına Bayden "Bəli, elə düşünürəm", - deyə cavab verib.
Hələlik bu fikirlərə Kremldən cavab verilməyib.