Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş vəkil Ruhid Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Azər Paşayevin sədrlik etdiyi kollegiyanın hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.
R.Əkbərov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinib.
Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub.
R.Əkbərov Vəkillər Kollegiyasının üzvü olub və bir müddət əvvəl fəaliyyəti dayandırılıb.