Azərbaycanda əsirlikdə olan Livanlı erməni qadın Ermənistana geri qaytarılıb

Azərbaycanda əsirlikdə olan Livanlı erməni qadın Ermənistana geri qaytarılıb
11 Mart 2021
Mətni dəyiş
Livandan Qarabağa köçmüş, Qarabağ müharibəsi zamanı isə Azərbaycan ordusu tərəfindən əsir götürülmüş Livan ermənisi Maral Nacaryan Ermənistana geri qaytarılıb. Nacaryan Ermənistanda dərhal Beyruta, öz evinə qayıdıb. Bu haqda Livan ermənisi Akop Avatyan öz facebook hesabında məlumat yayıb. Maral Nacaryan Azərbaycandan Livan ermənilərinin təmsilçisi, Livan parlamentində deputat olan Akop Baqratuni, Beynəlxalq Qırmız Xaç Komitəsi və Livanın Xarici İşlər Nazirliyinin köməyi ilə geri alınıb. Maral Nacaryan noyabrın 10-da Laçında Azərbaycan əsgərləri tərəfindən əsir alınıb. O tutularkən Laçına şəxsi əşyalarını aparmaq üçün gəldiyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun