Avropa Birliyi Şura sədri Çarlz Mikelin Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra Avropa Birliyi açıqlama yayıb.
Birlik Rusiya ilə münasibətlərin müsbət məcrada inkişaf etməsi üçün şərtlərini açıqlayıb.
Şərtlərə görə, Rusiya Ukrayna şərqindəki münaqişəni bitirməlidir, kiber hücumları dayandırmalıdır və insan hüquqlarına hörmət etməlidir.
Açıqlamada bildirib ki, Rusiya Ukrayna ilə münaqişəni Mins Razılaşması çərçivəsində bitirməlidir.
Açıqlamda o da qeyd olunub ki, Rusiya həbsdə olan müxalifət lideri Aleksey Navalnını dərhal azadlığa buraxmalıdır və Navalnın zəhərlənməsinə dair ciddi, şəffaf və ədalətli araşdırma aparmalıdır.