Amerikalılar üçün Obama bütün dövrlərin ən yaxşı prezidentidir

Amerikalılar üçün Obama bütün dövrlərin ən yaxşı prezidentidir
12 Mart 2021
Mətni dəyiş

Bu günlərdə Amerikada keçirilən və "Newsweek" nəşrində yayımlanan sorğuda amerikalılar bütün dövrlərin ən yaşı Amerika prezidentini seçiblər. 

Sorğuya qatılan 2 min 7 şəxs bütün dövrlərdə ən çox sevdikləri Amerika prezidentinin adını yazıb, sorğuda iştirak edənlərin 28%-i bütün dövrlərin ən yaxşı prezidenti kimi 2008-2012 seçkilərində qalib gəlib iki dönəm Amerika prezidenti olmuş Barak Obamanı seçiblər.

Barak Obamadan sonra Ağ Evə bir dönəm sahiblik etmiş, daha sonra seçkilərdə uduzmuş Donal Tramp isə sorğuda ikinci yeri tutub. İştirakçıların 14% Trampı bütün dönəmlərin ən yaxşı prezidenti seçib.

Amerikanın hazırki prezidenti Co Bayden isə prezident kimi 7-ci həftəsində 4% səslə 8-ci yeri tutub.

Fevral ayının ortalarında aparılan başqa bir sorğuda Barak Obama Amerika tarixinin bu günə qədər  olan ən yaxşı prezidenti, ən pis prezident seçilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun