Cəmiyyət

Ağdama səfər edən beş nəfərlik ailə minaya düşüb

1 dəqiqə
Ağdama səfər edən beş nəfərlik ailə minaya düşüb

16 mart saat 16 radələrində Ağdam rayonunun Yusifcanlı kəndində beş nəfərlik bir ailənin üzvləri - ata, üç oğul və nəvə - minaya düşüb.

Ağdam rayon prokurorluğunun 17 mart yaydığı məlumata görə, xəsarət alanlardan ikisi - Akif və Anar Hüseynov qardaşları vəfat edib, qalanları isə yaralanıb, nəvə yaralanmayıb.

İndiyə qədər azad edilmiş ərazilərdə 20-dən çox insan minaya düşüb, onlardan yarısı ölüb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun