17 Mart 2021
Mətni dəyiş
ABŞ konqressinin nümayəndələr palatasının erməni məsələsi üzrə komitəsinin həmsədrləri konqressmenlər Adam Şiff, Qas Bilirakis, Frenk Pallone, Devid Valadao, Ceki Speyer martın 16-da yeni qətnamə ilə çıxış ediblər. Qətnamədə onlar Azərbaycanı 2020-ci Dağlıq Qarabağ müharibəsi zamanı əsir düşən bütün hərbi və mülki əsirləri azad etməyə çağırırlar.
Artıq konqressin nümayəndələr palatasının təqribən 30 üzvü qətnaməni dəstəkləyib.
Qətnamədə deyilir ki, noyabrın 9-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli razılaşmada tərəflər bütün əsirlərin azad edilməsi ilə bağlı öhdəlik götürüblər. Ermənilər əsirləri azad etsə də, Azərbaycan hələlik onların bir qismini azad etməyib.
Qətnamənin sonunda həmçinin ABŞ dövlət departamentinə də çağırış edilir ki, erməni əsirlərin azad edilməsi üçün departament Azərbaycanla bütün səviyyətlərdə, həmçini ATƏT-in Minsk qrupu səviyyəsində iş aparsın.