25 Mart 2021
Mətni dəyiş
Heydelberq Beynəlxalq Münaqişə Araşdırmaları İnstitutunun hazırladığı illik hesabata görə 2020-ci ildə dünyada 21 müharibə baş verib. "Münaqişə Barometri - 2020" başlıqlı araşdırma hesabatında deyilir ki, 2020-ci ildə ölkələr, etnik və siyasi qruplar arasında ümumilikdə 220 münaqişə baş verib.
Bununla belə təşkilat 2019-cu ildə dünyada cəmi 15 müharibə baş verdiyini qeyd etmişdi. Bu il yayılan hesabatda həm də o deyilir ki, 2020-ci il 2014-cü ildən bəri ən çox mübaribə baş verən ölkədir.
İnstitutun araşdırmasına görə keçən il başlayan və yenidən alovlanan müharibələr Cənubi Yəmən, Dağlıq Qarabağ, Demokratik Konqo Respublikası, Mozambik, Cənubi Sudan və Efoyopiyada baş verib.
Hesabata görə son illər Saxara səhrası ətafındakı ölkələrdə müharibələr artmağa davam edir. Bu bölgələrdə ümumilikdə 11 müharibə baş verib ki, onların 5-i əvvəldən mövcud olan münaqiəşənin davamıdır. Ümumilkdə isə Orta Asiyada, Əfqanıstanda, Liviyada, Suriyada, Yəməndə və Türkiyə-kürt qrupları arasındakı müharibələ illərdir davam edir.