Vüqar Səfərli YAP-dakı vəzifəsindən çıxarılıb

Vüqar Səfərli YAP-dakı vəzifəsindən çıxarılıb
15 Fevral 2021
Mətni dəyiş
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq sədri Vüqar Səfərli Yeni Azərbaycan Partiyasındakı (YAP) vəzifəsindən azad edilib. Bu barədə YAP-ın mətbuat xidməti məlumat yayıb. Məlumata görə, V.Səfərli barəsində məhkəmə qərarı olduğundan o, avtomatik olaraq YAP-ın Nərimanov rayon təşkilatının sədrinin müavini vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, bu ilin yanvarın 14-də məhkəmənin qərarı ilə V.Səfərli barəsində həbs qətimkan tədbiri seçilib. V.Səfərli Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun