Ukrayna müxalifəti Zelenskinin vəzifədən kənarlaşdırılması üçün imza toplayır

Ukrayna müxalifəti Zelenskinin vəzifədən kənarlaşdırılması üçün imza toplayır
17 Fevral 2021
Mətni dəyiş

Ukraynada müxalifət prezident Vladimir Zelenskinin vəzifədən uzaqlaşdırılması üçün imzatoplama kampaniyasına başlayıb.

Həyat üçün müxalifət Platforması Partiyası millət vəkili İlya Kiva özünün Teleqram hesabında yazıb ki, tarixi bir andır, Zelenskinin vəzifədən uzaqlaşdırılması üçün millət vəkillərindən imzalar toplanmağa başladı.

Zelenski ölkədə fəaliyyət göstərən '112 Ukraina', 'NEWSONE' və 'ZIK' telekanallarının bağlanmasına dair qərar vermişdi.

Həyat üçün müxalifət Platforması Partiyası 4 fevraldakı partiya qurultayında Zelenskinin telekanalları bağlaması səbəbi ilə onun vəzifədən azad edilməsi üçün imzatoplama kampaniyasına başlamaq qərarı vermişdi. Kanallarla bağlı qərar hökumətin siyasətinə etiraz edən buraxılışlara görə bir qisas kimi dəyərləndirilirdi.

Ukrayna prezidentinin mətbuat katibliyindən bildirilib ki, Zelenskinin vəzifədən uzaqlaşdırılmasına dair atılan addımlar Ukraynada daxili böhranı daha da dərinləşdirməyə hesablanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun