Türkiyə - Rusiya Birgə Monitorinq Mərkəzi ilə bağlı son məlumatlar

Türkiyə - Rusiya Birgə Monitorinq Mərkəzi ilə bağlı son məlumatlar
6 Fevral 2021
Mətni dəyiş

Azərbaycanın Ermənistan işğalından azad edilmiş Qarabağ bölgəsində atəşkəsə nəzarət edən Türkiyə - Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini davam etdirir. Mərkəzdə fəaliyyət göstərən türk və rus əsgərlər atəşkəsə riayət edilib-edilmədiyini müşahidə edirlər.

Azərbaycan ordusu tərəfindən qorunan mərkəz Ağdam rayonunun Mərizli kəndinin yaxınlığında, təxminən 4 hektar ərazidə inşa edilib. 65 modul tipli otaqdan ibarətdir.

Mərkəzdə pilotsuz uçuş aparatlarına nəzarət edən əsgərlər də daxil olmaqla, hər iki tərəfdən 60 hərbiçi var.

Mərkəzdə fəaliyyət göstərən türk hərbiçilərindən biri Əli Qaradaş jurnalistlərə açıqlamasında bildirib ki, onlar Dağlıq Qarabağdakı bütün insidentləri sonlandırmaq üçün çalışırlar: "Mərkəz atəşkəsə, o cümlədən Dağlıq Qarabağdakı bütün fəaliyyətə nəzarət edir. Bütün hərəkətlərlə bağlı məlumat toplayır. Birbaşa nəzarətlə, dronlarla və digər məbələrdən toplanan informasiyalar qiymətləndirilir və qeydə alınır. Bununla yanaşı, şikayətlər və mövzular müzakirə edilir, atəşkəsin pozulmasının qarşısı alınır", - deyə o, vurğulayıb.

2020-ci il 10 noyabr tarixdə Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən imzalanmış üçtərəfli bəyanatda da münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılması nəzərdə tutulub. Həmçinin bu məqsədlə Türkiyə və Rusiya arasında Birgə Mərkəzin yaradılmasına dair razılıq əldə edilib. Yanvarın 30-da Ağdam rayonu ərazisində yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun