Putin: "Rusiyanın suverenliyinə yönəlik çevrilişə imkan verməyəcəyik"

Putin: "Rusiyanın suverenliyinə yönəlik çevrilişə imkan verməyəcəyik"
17 Fevral 2021
Mətni dəyiş

Rusiya prezidenti Vladimir Putin parlamentdə təmsil olunan siyasi partiyaların mümayəndələri ilə keçirdiyi görüşdə qarşıdan gələn parlament seçkiləri ilə bağlı fikirlərini bildirib.

Putin seçimlərə kənar müdaxilələrin rədd edilməsi üçün bütün siyasi partiyaların razılaşma içində olduğunu bildirib: "Bu seçimləri hər formada kənar müdaxilədən qorumaqda borcluyuq, Rusiyanın suverenliyinə dair hər hansısa bir çevrilişə imkan vermərik və verməyəcəyik", - deyə o, vurğulayıb.

Rusiya prezidenti qeyd edib ki, fərqli platformalarda istifadəçilərin girişini məhdudlaşdıran şirkətlərin bu addımları ciddi təhdiddir, Amerikada da bənzər davranış sərgiləyiblər.

Putin əlavə edib ki, bu ciddi problemdir və həll etmək lazımdır: "Əgər bu şirkətlər öz ölkələrində də belə davranış sərgiləyirlərsə, başqa ölkələrdə necə davaranacaqlar ki?", - deyə Rusiya prezidenti Vladimir Putin bildirib.

Rusiya müxalifətinin lideri Aleksey Navalnın 17 yanvarda həbs edilməsindən sonra, onun dəstəkçiləri sosial şəbəkələrdə qanunsuz aksiyalara çağırış ediblər və ard-arda Rusiyada bir neçə icazəsiz aksiya baş tutub. Daha sonra, müxalifət fəalları Rusiyada 19 sentyabrda keçiriləcək parlament seçkilərinə hazırlaşdıqlarını bildiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun