Putin Makronla Navalnı işi ilə bağlı telefon danışığının detallarını açıqlayıb

Putin Makronla Navalnı işi ilə bağlı telefon danışığının detallarını açıqlayıb
11 Fevral 2021
Mətni dəyiş

Rusiya prezidenti Vladimir Putin həbsdə olan müxalifət lideri Aleksey Navalnının işi ilə bağlı fransız həmkarı Emmanuel Makronla aralarında olan telefon danışığının detallarını açıqlayıb. 

Putin deyib ki, o, Navalnın zəhərlənməsi iddiası ortaya atıldıqdan dərhal sonra zənglərin və mesajların araşdırılmasını təklif edib. Fransa prezidenti Emmanul Makronla telefonla danışığında təklif edib ki, rus mütəxəssislər Avropaya getsin və orada avropalı həmkarları ilə birlikdə araşdırmalarda iştirak etsinlər, əgər ortaya ciddi bir fakt çıxarsa, Rusiyada bu məsələ ilə əlaqədar cinayət işi açılsın.

Putinin sözlərinə görə, onun başqa təklifləri də olub, ancaq Makron hamısından imtina edib: "Təklif etdim ki, xarici mütəxəssislər Rusiyaya gəlsin və gətirilən materialları burada araşdırsınlar, ancaq Makron bununla da razılaşmadı", - deyə Rusiya prezidenti bildirib.

Putin son olaraq bildirib ki, Rusiya tərəfi məsələnin aşkara çıxması üçün birlikdə işləməyə hazırdır, ancaq Fransa və Almaniya tərəfi buna isti baxmır.

Navalnı işi...

Moskvanın Simonski məhkəməsi, fevralın 2-də müxalifət lideri Aleksey Navalninin indiyə kimi olan şərti cəzasını gerçək həbs cəzası ilə əvəz edib. Onun barəsində 2014-cü ildə "İv Roşe" işi ilə bağlı çıxarılmış 3 il yarımlıq şərti cəza yenidən qüvvəyə minib.

Məhkəmənin qərarında deyilir ki, Navalnı bu cəzanın 2 il yarımını çəkəcək, çünki o 2014-cü ildə bir müddət ev məhbusu olub.

Aleksey Navalnı fevralın 2-də onun İv Roşe işi üzrə şərti cəzasını həbsxana müddətinə dəyişdirməli olan məhkəmədə yenidən Rusiya prezidenti Vladimir Putini onun həyatına sui-qəsd cəhdində ittiham edib:

"Mən yaxşı adamların, pilotların və həkimlərin sayəsində sağ qalmağımla onlara ölümcül zərbə vurmuşam. Sonra isə qaçıb hardasa bunkerdə mühafizə altında gizlənməmişəm. Daha sonra bundan da dəhşətlisi baş verib. Mən hələ öz zəhərlənməmin təhqiqatında iştirak etmişəm. Biz göstərdik və sübut etdik ki, Putin FTX-dən istifadə edərək qətlə qəsd edib”.

Bu sözləri deyərkən Navalnı 20 avqustda zəhərlənməsini və nəticələri dekabrda dərc edilmiş təhqiqatı nəzərdə tuturdu: "Sən demə ixtiyarında nə televiziya, nə də siyasi partiya olmayan siyasi opponentə üstün gəlmək üçün onu sadəcə olaraq kimyəvi silahla öldürmək lazım imiş. Hamı əmin oldu ki, o təsadüfi şəkildə prezident postuna yerləşdirilmiş adi məmurcuqdur. O heç vaxt debatlarda iştirak etməyib və onun yeganə metodu adamları öldürməkdir”.

Aleksey Navalnı məhkəmədə etdiyi çıxışda daha sonra deyib:

"O özünü nə qədər geosiyasətçi kimi təqdim etməyə çalışsa da...tarixdə adamzəhərləyən kimi qalacaq. Baxın tariximizdə Xilaskar Aleksandr və Müdrik Yaroslav olub. Bu adam isə tarixə tumanzəhərləyən kimi düşəcək. Məni polis mühafizə edir, Moskvanın yarısı ona görə bağlanıb ki, biz onun opponentlərin tumanlarını oğurlayıb kimyəvi maddə ilə zəhərləməsini sübut etmişik”.

Aleksey Navalnının təhqiqatının gedişində onun Federal Təhlükəsizlik Xidmətinin iddia edilən əməkdaşı ilə söhbəti olmuşdu.

Təhqiqatda deyilirdi ki, FTX əməkdaşı onunla danışanın Navalnı yox, başqa bir rəsmi olduğunu zənn edərək müxalifətçinin tumanına zəhər sürtüldüyünü etiraf edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun