26 Fevral 2021
Mətni dəyiş
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib. O, Dağlıq Qarabağın statusu, Ermənistanın indiki daxili vəziyyəti, Qarabağda görülən işlər haqda verilən sualları cavablandırıb.
Füzulidə Aeroport tikilir, orada ərazilərin minalardan təmizlənməsi prosesi başa çatır. O, beynəlxalq olacaq, hər növ təyyarəni qəbul edəcək. Təhvil verilmə müddəti bu ilin payızıdır. Bu, ondan Şuşa şəhərinə getməyə və ərazilərin bərpası üçün istifadəyə imkan verəcək. Aeroportdan Şuşaya iki yeni avtomobil yolu inşa edilir
Hələ Laçın və Zəngilanda aeroportların tikintisi planları var və bu, mühüm logistika mərkəzinə çevriləcək. Oradan Ermənistan ərazisilə dəhliz keçəcək və Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcək, - İ.Əliyev yeni aeroportların tikintisilə bağlı sualın cavabında deyib.
Azad edilmiş ərazilərin reinteqrasiyasının çətinliyi ondadır ki, ermənilər müharibənin yekunlarını qəbul etmək istəmirlər. Barışıqdan sonra dekabrda Ermənistandan Qarabağa Laçın vasitəsilə silahlı dəstə göndərildi. "Əvvəlcə bizə dedilər ki, onlar azıblar və bizim hərbçilərimiz sülhməramlılarla birlikdə onları oradan çıxarmağa çalışdılar. Ancaq bu dəstələr bizim hərbçilərimizə hücum etdilər, nəticədə bizim dörd hərbçimiz və bir vətəndaşımız həlak oldu. Cavab tədbirləri zamanı 60 nəfər əsir götürüldü. Onlar hərbi əsirlər deyil və bu kateqoriyaya aid edilmir".
Bundan əlavə, ermənilər minalanmış ərazilərin xəritələrini verməyiblər və vermək istəmirlər. Bu, barışıq haqda sazişin pozulması kimi qiymətləndirilə bilər. Bu, ərazilərin reinteqrasiyasının qarşısını alır. Orada hər şey dağıdılıb. Bərpa etmək lazımdır ki, insanları qaytarmaq mümkün olsun.
"Biz uzun və davamlı sülh istəyirik. Biz 30 il buna çalışırdıq, qarşı tərəfi ərazilərimizi sülh yolu ilə geri qaytarmağa razı salmağa çalışırdıq. Lakin ermənilərin bir santimetr də torpaq qaytarmayacağını anlayaraq adekvat addımlar atıldı. Əgər noyabrın 10-da müharibəni dayandırmasaydıq, Ermənistan daha ağır vəziyyətə düşərdi
Davamlı sülh əməkdaşlıq və revanşizmdən imtina tələb edir. Bu, Ermənistanın özü üçün faydalıdır və onun siyasi dairələri bunu dərk etməlidirlər. Zəngəzur ərazisində sərhəddə gərginlik ermənilər tərəfindən süni şəkildə şişirdilir. Bizim sərhədçilər ermənilərin bizim ərazimizdən 20 kilometr çəkdikləri yola nəzarət edirlər, amma biz onlara mane olmuruq. Bizə artıq heç nə lazım deyil", - İ.Əliyev deyib.
"Biz insanları ən qısa müddətdə geri qaytarmaq istəyirik. Zəngilanın üç kəndində artıq bu proses başlayıb, bu, pilot layihədir və ilin sonuna qədər adamlar oraya qayıtmalıdırlar. Böyük şəhərlərlə daha çətin olacaq, orada 50-70 min adam yaşayacaq, böyük infrastruktur, vaxt, qüvvə və vəsait çox gedəcək".
Qarabağın statusu ilə bağlı sualın cavabında İ.Əliyev artıq bu statusun cəhənnəmə getdiyini xatırladıb.
"Biz hesab edirik ki, münaqişə başa çatıb. Mən artıq Qarabağın statusunu harada olduğunu dedim. Ermənilər bu barədə nə qədər az danışsalar, onlar üçün bir o qədər yaxşı olar. Onlara yanlış gözləntilər verməyin. Status mövzusu gündəlikdən çıxdı. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Əgər kimsə bu gün status məsələsini qaldırırsa, sülhə yox, qarşıdurmaya xidmət edir.
“Biz aydın şəkildə təsəvvür edirik ki, ermənilər və azərbaycanlılar birlikdə dinc şəraitdə yaşayacaqlar. Bizim ermənilərlə problemimiz yoxdur, onlar bizim vətəndaşlarımızdır. İki xalqın birgə yaşamasının uzun tarixi var. Lakin bu, ikitərəfli münasibətlərdir və onlar cavab addımları atmalıdırlar", - İ.Əliyev qeyd edib.
O, minalardan ərazilərin təmizlənməsinə toxunaraq bildirib ki, bu iş yeni başlayıb. Minalardan təmizləmə üçün müasir texnika alınıb və yeni dövlət qurumu yaradılıb. Onun işinə bu il 100 mln. manat ayrılıb. Türkiyə və Rusiya sapyor qrupları da kömək edir, bu işləri görə biləcək bir sıra şirkətlərlə danışıqlar aparılır.
"Zəngəzur dəhlizi regionun bütün ölkələri üçün faydalı olan yeni arteriyadır. Bunun üçün bütün tərəflərin maraqlarına riayət edilməsi və səmimi istək lazımdır. Rusiya, Türkiyə, İran liderlərinin mövqeləri və bizim mövqeyimiz üst-üstə düşür. Ermənilər hansısa şərtlər qoyur, lakin biz onsuz da bütün razılaşmaları yerinə yetirəcəyik və ermənilər istəməsə, yenə də heç nə ilə qalacaqlar", - İ.Əliyev bildirib.
Xocalı ilə nə olacaq, ermənilərin və azərbaycanlıların Qarabağda birgə yaşaması mümkündürmü?
Bu sualın cavabında İ.Əliyev bunun mümkün olduğunu xatırladıb. "Ermənistanın keçmiş müdafiə nazirinin bacısı Azərbaycanda yaşayır. Bu, bizim ermənilərə olan münasibətimizin göstəricisidir.
Azərbaycanlılar hazırda sülhməramlıların nəzarəti altında olan ərazilərə qayıdacaqlar, bu, vaxt tələb edəcək, lakin bu, qaçılmazdır. Biz Xocalıya qayıdacağıq və ermənilərin buna yol verməmək cəhdləri vəziyyəti ancaq pisləşdirəcək. Biz Xocalı qurbanlarının xatirəsini heç vaxt unutmayacağıq", - İ.Əliyev vurğulayıb.
Xarici hərbçilər Qarabağda qalacaqlarmı? Bu suala cavabda İ.Əliyev sülhməramlı qüvvələrin müvəqqəti olaraq Qarabağda olduğunu bildirib. "Bu, hərbi baza deyil və onların missiyası müvəqqətidir. Onlar uğurla fəaliyyət göstərirlər, bəzi məsələlər var, amma ümumiyyətlə, onların işi qənaətbəxşdir. Onlar 5 il müddətinə buradadırlar. Əgər istəsək, onların missiyasını dayandırarıq".
Laçın dəhlizi necə işləyəcək və ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası prosesi necə keçəcək? "Biz ermənilərlə istənilən inteqrasiyaya hazırıq. Rusiya sülhməramlılarının olduğu yerlərdə əhalinin sayı azdır. Müharibədən əvvəl 60 min adam var idi. Biz müharibənin başlanmasına qədər Qarabağda vəziyyətin necə olduğunu, indi kimlərin oraya getdiyini və haradan gəldiyini yaxşı bilirdik. Ona görə də sülhməramlıların Qarabağa xariciləri buraxması aydın deyil və biz bunu dayandırmağı tələb edirik.
Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası labüd prosesdir. Ermənistanın Azərbaycan və Türkiyə ilə əməkdaşlığının bərpası da qaçılmaz bir prosesdir. Müstəqil Arsax haqqında fikir cəfəngiyyatdır. Belə insanlar müalicə olunmalıdır. Ən yaxşı dərman zamandır.
Rus dilinə Qarabağda rəsmi dil statusu verilməsi Azərbaycanın bu regionunda qanunsuz hakimiyyətin manipulyasiyasıdır. Orada həm erməni dilindən, həm də Azərbaycanın dövlət dilindən istifadə oluna bilər", - İlham Əliyev bildirib.