Nüvə sazişi və sanksiyalarla bağlı Amerika İrandan, İran da Amerikadan ilk addımı gözləyir

Nüvə sazişi və sanksiyalarla bağlı Amerika İrandan, İran da Amerikadan ilk addımı gözləyir
8 Fevral 2021
Mətni dəyiş

Amerikanın yeni prezidenti Co Bayden 20 yanvarda prezidentlik kürsüsünə oturduqdan sonra ilk televizya müsahibəsini CBS-ə verib. Hələ tam yayımlanmamış müsahibənin ilkin yayımlanan hissəsində Bayden nüvə sazişi ilə bağlı ciddi açıqlamar verib.

Jurnalistin "Amerika İranı danışıqlar masasına çəkmək üçün sanksiyaları götürəcəkmi?" sualına Bayden "Yox, əvvəlcə uranı zənginləşdirməyi dayandırmalıdırlar", - deyə cavab verib.

Bayden hökuməti bundan əvvəlki açıqlamalarında müəyyən şərtlər yerinə yetirilərsə, sanksiyalar qaldırıla bilər demişdi. İranın dini lideri Ayətullah Əli Xamenyi isə bildirmişdi ki, nüvə öhdəlikləri məsələsindən əvvəl Amerika İrana tətbiq olunan bütün sanksiyaları götürməlidir.

Nüvə sazişi...

İranla ABŞ, Çin, Fransa, Almaniya, Rusiya və İngiltərə arasında 2015-ci ildə Tehranın nüvə fəaliyyətini tənzimləmək və nəzarət etmək üçün müqavilə imzalayıb.

Donald Tramp prezident seçildikdən sonra 8 may 2018-ci ildə birtərəfli qaydada bu müqavilədən çıxıb və yenidən İrana qarşı sanksiyalar tətbiq etməyə başlayıb.

Tehran isə sanksiyalara cavab olaraq 5 yanvar 2020-ci ildə müqavilədəki bütün öhdəliklərini dayandırıb, yüksək səviyyədə uranın zənginləşdirilməsi də daxil olmaqla bir sıra addımlar atıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun