Mövlud Çavuşoğlunun Azərbaycana səfəri təxirə salınıb

Mövlud Çavuşoğlunun Azərbaycana səfəri təxirə salınıb
18 Fevral 2021
Mətni dəyiş

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri təxirə salınıb.

Səfər fevralın 19-da Bakıda keçirilməli olan Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin doqquzuncu üçtərəfli görüşündə iştirak məqsədilə həyata keçiriləcəkdi.

Lakin iclas Gürcüstan hökumətinin istefası səbəbindən təxirə salınıb.

Gürcüstanın baş naziri Georgi Qaxariya öz postundan istefa verib. Baş nazirin istefasından sonra hökümət də tam tərkibdə istefa verib. O istefasını keçirdiyi qısa brifinqdə elan edib, ancaq jurnalistlərin suallarına cavab verməkdən imtina edib.

O istefasının səbəbindən danışarkən deyib ki bu gürcü cəmiyyətindəki gərginliyi aradan qaldırmaq üçün istefa verir

“Vəzifəmi tərk etmək barədə qərar qəbul etmişəm. Əlbəttə ki, inanıram və inanmaq istəyirəm ki, bu addım ölkəmizin siyasi məkanında polyarizasiyanın azalmasına kömək edəcək. Əminəm ki, bizim aramızda polyarizasiya və qarşıdurma ölkəmizin gələcəyi və iqtisadi inkişafı üçün ən böyük riskdir”, - hökumət başçısı deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun