İranlı diplomat Türkiyədən qaçarkən tutulub, İran diplomatımız deyil deyir

İranlı diplomat Türkiyədən qaçarkən tutulub, İran diplomatımız deyil deyir
13 Fevral 2021
Mətni dəyiş

Şişlidə iranlı Məsud Moləvinin öldürülməsi ilə əlaqədar həbs qərarı çıxarılan İranın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Məhəmməd Rza Nasirzadə Türkiyədən qaçarkən hava limanında saxlanılıb. 

Diplomatın hava limanındakı hərəkətləri və saxlanılması təhlükəsizlik kameralarına düşüb.

İranlı diplomat ilk dəfə 8 fevralda İstanbul Hava Limanı Beynəlxalq Uçuşlar bölümündə pasport yoxlama şöbəsində kameralara düşüb. Sonrakı görüntülərdə isə onun polislər tərəfindən saxlanılması və polis avtomobilinə mindirilməsi görünür.

İranın İstanbul Baş Konsulluğunun əməkdaşı 43 yaşlı Məhəmməd Rza Nasirzadə İranın keçmiş kəşfiyyat məmuru, Türkiyəyə sığınmış Məsud Moləvi Vərdəncaninin öldürülməsində iştirakda təqsirli bilinir.

Məsudd Moləvi Vərdəncani 14 noyabr 2019-cu ildə İstanbulun Şişli bölgəsində ürək və ayaq nahiyəsindən aldığı güllə yarası nəticəsində həyatını itirib.

O, Türkiyəyə köçəndən sonra internetdə İran rəsmilərinin korrupsiyaları barədə ifşaedici məlumatlar paylaşıb.

Qatilin İrana qaçmasına yardımda iştirak edən Siyavuş Abazər Şələmzari dindirmə zamanı İran diplomatı Məhəmməd Rza Nasirzadənin cinayətdə rolu haqda etirafından sonra Türkiyə məhkəməsi diplomatın həbs edilməsi barədə qərar verib.

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bildirib ki, İranın konsulluğunun heç bir əməkdaşı həbs olunmayıb: "Mediada adı çəkilən şəxs konsulluğun əməkdaşı deyil və məsələni aydınlaşdırmaq üçün rəsmi kanallar vasitəsilə Türkiyə rəhbərliyi ilə əlaqə saxlayırıq", - deyə o, əlavə edib.

[embed]https://youtu.be/0IU9JlhBqg0[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun